III MDB Oyunları: Azərbaycanın üç boksçusu yarışlara qələbə ilə başlayıb
Bakı, 29 sentyabr, Tsport.az
Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışları başlayıb.
Tsport.az xəbər verir ki, azərbaycanlı boksçu Aysel Fərəcova (46 kq) 1/4 final çərçivəsində Aleksandra Kutsikova (Belarus) ilə üz-üzə gəlib. O, rəqibinə 5:0 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.
Digər boksçumuz Cəmilə Muradlı da (54 kq) Niqora Yusupovaya (Tacikistan) qalib gəlib və yarımfinala çıxıb.
63 kq-da Haqverdi Həsənov isə 1/4 finalda Boqdan Şaşlıkova (Belarus) qalib gəlib (3:2) və yarımfinala yüksəlib.