III MDB Oyunları: Azərbaycan badmintonçusu gümüş medal qazandı
Bakı, 5 oktyabr, Tsport.az
III MDB Oyunları çərçivəsində Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə yarışlar keçirilib.
Tsport.az xəbər verir ki, Azərbaycanlı idmançı Leyla Camalzadə fərdi yarışlarda rusiyalı Marina Tarasovaya uduzaraqgümüş medal qazanıb.
Qeyd edək ki, daha öncə badmintonçularımız 6 bürünc mükafat qazanmışdır. Beləliklə idmançılarımız turniri 7 medalla başa vurublar.