III MDB Oyunları: Azərbaycan qılıncoynadanları bürünc medal qazanıblar
Bakı, 4 oktyabr, Tsport.az
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
Tsport.az xəbər verir ki, Azərbaycanlı idmançılar Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Hüsnəddinovdan ibarət millimiz 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə Rusiya komandasına rəqib olan sablyaçılarımız 32:45 hesabı ilə uduzub və bürün mükafata sahib çıxıb.