Digər

III MDB Oyunları: Çövkən üzrə Azərbaycan millisi yarımfinalda

Bakı, 30 sentyabr, Tsport.az 

Bu gün Şəki Şəhər Stadionunda III MDB Oyunları çərçivəsində çövkən üzrə yarışlar davam edir.

Tsport.az xəbər verir ki, Azərbaycan millisi bu gün Küveyt yığmasını 5:0 hesabı ilə məğlub edib. Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəldi.

Çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksəlirlər.

Azərbaycan millisi yarımfinal oyununu oktyabrın 4-də keçirəcək.