Digər

III MDB Oyunları: stolüstü tennis yarışlarının qalibi müəyyənləşib

Bakı,29 sentyabr ,  Tsport.az 

Qəbələ Olimpiya kompleksində III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışları bitib.

Tsport.az xəbər verir ki, Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.

Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla beşinci yeri tutub.