III MDB Oyunlarının medal sıralaması: Azərbaycan üçüncü pillədə qərarlaşıb
Bakı, 7 oktyabr, Tsport.az
Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
Tsport.az xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 212 (116-58-38) medalla liderdir. Belarus 114 medalla ikinci pillədə qərarlaşıb: 32 qızıl, 31 gümüş və 51 bürünc medal. Üçüncü yerdə isə Azərbaycandır – 166 (29-48-89) medal.
Bu günə qədər III MDB Oyunlarında 10 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.