III MDB Oyunlarının medal sıralaması: Liderlər öz yerlərini möhkəmləndiriblər
Bakı, 1 oktyabr, Tsport.az
Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
Tsport.az xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 68 (46-13-9) medalla liderdir. Azərbaycan isə 55 medalla ikinci pillədə qərarlaşıb: 7 qızıl, 18 gümüş və 30 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 40 (7-16-17) medal.
Bu günə qədər III MDB Oyunlarında 7 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.