III MDB Oyunlarının onuncu günü: 10 idman növü üzrə yarışlar keçiriləcək
Bakı, 5 oktyabr, Tsport.az
III MDB Oyunlarının onuncu günündə 10 idman növü üzrə yarışlar baş tutacaq.
Gəncə İdman Sarayında qız və oğlan voleybolçulardan ibarət yarımfinal və qrup oyunları keçiriləcək. Azərbaycanın qızlardan ibarət millisi yarımfinalda Belarus ilə qarşılaşacaq. Digər yarımfinal qarşılaşmasında isə Rusiya və Özbəkistan münasibətlərə aydınlıq gətirəcək.
Tsport.az xəbər verir ki, Bu idman məkanında həmçinin güllə atıcılığı üzrə təsnifat və final mərhələləri, qılıncoynatmanın sablyanövü üzrə qadınların fərdi mübarizələri baş tutacaq.
Gəncədə həmçinin 3×3 basketbol üzrə yarışlar start götürəcək.
Yevlax Olimpiya İdman Kompleksində kişi boksçular arasında müxtəlif çəki dərəcələrində final görüşləri keçiriləcək.
Qəbələ Olimpiya İdman Kompleksində qız və oğlan badmintonçular arasında cüt və fərdi yarışların final mərhələsi keçiriləcək.
Göygöl Olimpiya İdman Kompleksində cüdoçulararasında 1/4 final, yarımfinal, həmçinin bürünc və qızıl medal uğrunda görüşlər baş tutacaq.
Mingəçevirdə avarçəkmə üzrə final yarışları keçiriləcək.
Xankəndidə isə kamandan oxatma yarışlarına yekun vurulacaq.