Digər

İki azərbaycanlı samboçu III MDB Oyunlarının qızıl medalını qazanıblar

Bakı, 29 sentyabr, Tsport.az 

Bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışları başa çatıb.

Tsport.az xəbər verir ki, yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilib.

Abdullətif Musayev (53 kq), Nihad Rəhimov (64 kq) finalda qalib gələrək, III MDB Oyunlarının qızıl medalını qazanıblar.

Rüstəm Qasimzadə (58 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+ 98 kq) finalda uduzaraq, gümüş medala sahib çıxıblar. Sadiq Nadirov (79 kq), Mikayıl Amirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) isə bürünc medal qazanıblar.