İlk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.
Bakı, 10 aprel, Tsport.az
AFFA-dan verilən məlumata görə Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Tsport.az xəbər verir ki, AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA -dan növbəti dəfə önəmli təyinat alıb. AFFA-nın rəsmi açıqlamasına əsasən, o, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Djurgarden” (İsveç) oyununda UEFA nümayəndəsi olacaq.Bununla da ilk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.
Qeyd edək ki,qarşılaşma aprelin 17-də Vyana şəhərində baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aytac Mustafayeva