“İmişli” 6 futbolçu ilə yollarını ayırdı
Bakı, 29 iyun , Tsport.az
Misli Premyer Liqasında debüt etməyə hazırlaşan “İmişli” klubu heyətində dəyişikliklərə davam edir.
Tsport.az xəbər verir ki, Timilehin Oluwaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Guilherme Silva, Pablo Henrique və Xəyal Tomarov ilə başa çatan müqavilələr yenilənməyib.
🔁 Qeyd edək ki, bölgə təmsilçisi daha öncə də Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədov ilə vidalaşmışdı.
Komandanın Premyer Liqa səhnəsinə daha güclü və rəqabətə davamlı heyətlə çıxmaq üçün yeni transferlərə hazırlaşdığı ehtimal olunur. Hazırlıq prosesi və gələnlər barədə məlumatlar maraqla gözlənilir.