Azərbaycan Futbolu

“İmişli” hazırlıqlara qalibiyyətlə başladı

Bakı, 19 iyul , Tsport.az 

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “İmişli” bu gün ilk yoxlama oyununa çıxaraq “Araz-Naxçıvan“ın əvəzedici heyəti ilə qarşılaşıb. Görüş “İmişli”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tsport.az xəbər verir ki, klubun yay hazırlıqları çərçivəsində bir sıra sınaq görüşləri planlaşdırılıb. “İmişli” aşağıdakı komandalarla da qüvvəsini sınayacaq:

  • Sumqayıt FK
  • Karvan FK
  • Qəbələ FK
  • Şəfa FK
  • Şamaxı FK
  • Sabah FK II

Yeni mövsümdə Premyer Liqadakı ilk rəqib isə “Turan Tovuz” olacaq. Bölgə təmsilçisinin ilk rəsmi sınağı futbolsevərlərin böyük marağına səbəb olacaq.