“İmişli” hazırlıqlara qalibiyyətlə başladı
Bakı, 19 iyul , Tsport.az
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “İmişli” bu gün ilk yoxlama oyununa çıxaraq “Araz-Naxçıvan“ın əvəzedici heyəti ilə qarşılaşıb. Görüş “İmişli”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tsport.az xəbər verir ki, klubun yay hazırlıqları çərçivəsində bir sıra sınaq görüşləri planlaşdırılıb. “İmişli” aşağıdakı komandalarla da qüvvəsini sınayacaq:
- Sumqayıt FK
- Karvan FK
- Qəbələ FK
- Şəfa FK
- Şamaxı FK
- Sabah FK II
Yeni mövsümdə Premyer Liqadakı ilk rəqib isə “Turan Tovuz” olacaq. Bölgə təmsilçisinin ilk rəsmi sınağı futbolsevərlərin böyük marağına səbəb olacaq.