“İmişli” səfərdə “Sabah”a qalib gəldi
Bakı, 31 avqust , Tsport.az
Misli Premyer Liqası nın III turunda “İmişli” səfərdə “Sabah”ın qonağı olub.
Tsport.az xəbər verir ki, matçı Fərid Hacıyev idarə edib. Bank Respublika Arenada baş tutan matçda ilk hissədə qol qeydə alınmayıb. İkinci hissənin 67-ci dəqiqəsində “İmişli”nin üzvü Abbas Ağazadə fərqlənərək, komandasını hesabda irəli keçirib. Matç 0-1 hesabı ilə başa çatıb. Qeyd edək ki, bu matçda birlikdə Misli Premyer Liqasının III turuna yekun vurulub. IV turun oyunları milli fasilədən sonra baş tutacaq.
III tur
“Sumqayıt” 1-1 “Şamaxı”
“Neftçi” 0-1 “Turan Tovuz”
“Zirə” 5-0 “Kəpəz”
“Araz-Naxçıvan” 2-1 “Qəbələ”
“Karvan” 0-2 “Qarabağ”
“Sabah” 0-1 “İmişli”