Azərbaycan Futbolu

“İmişli”dən qapıçı transferi

Bakı, 16 iyul, Tsport.az

Azərbaycan Premyer Liqasına hazırlaşan “İmişli” heyətini yeni transferlə gücləndirib.

Tsport.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bölgə təmsilçisi Hüseynəli Quliyev ilə anlaşmaya gəlib. 25 yaşlı qapıçı “Səbail”dən transfer olunub və onunla 1 illik müqavilə imzalanıb.

Quliyev cari transfer dövründə “İmişli”nin heyətinə qatılan sayca yeddinci futbolçudur. Klub daha əvvəl bu adları rəsmiləşdirib:

  • Xorxe Kaskilya – baş məşqçi
  • Ronaldo Rodriguez de Souza (Borneo FC, İndoneziya)
  • Azər Salahlı (Neftçi)
  • İbrahim Əliyev (MOİK)
  • İmam Əli
  • Rafael Viegas (São João de Ver, Portuqaliya)