Dünya Futbolu

İngiltərə Andorranı səfərdə məğlub etdi

Bakı, 7 iyun , Tsport.az 

İngiltərə yığması DÇ-2026-nın Avropa seçmə mərhələsində Andorra ilə səfərdə üz-üzə gəldi və Harry Kanein qolu ilə 1:0 hesablı qələbə qazandı.

Tsport.az xəbər verir ki, RCDE Stadionunda baş tutan qarşılaşmada ilk hissə qolsuz tamamlandı. Matçın taleyini isə ikinci hissədə Harry Kane həll etdi. İngiltərənin ulduz futbolçusu 50-ci dəqiqədə fərqlənərək komandasına vacib üç xal qazandırdı.

Bu qələbə ilə İngiltərə seçmə mərhələdə keçirdiyi üçüncü matçını da qalib başa vuraraq xalını 9-a yüksəltdi. Andorra isə ardıcıl üçüncü oyunda da məğlub olaraq xal həsrətini davam etdirdi.