İngiltərə və Uels 105-ci dəfə üz-üzə gələcək
Bakı, 9 oktyabr, Tsport.az
İngiltərə millisi cümə axşamı günü Uelslə yoldaşlıq görüşündə 105-ci dəfə qarşılaşacaq.
Tsport.az xəbər verir ki, oyun “Uembli” stadionunda baş tutacaq.
İndiyədək komandalar arasında keçirilən 104 oyunun 69-da İngiltərə, 14-də isə Uels qalib gəlib, 21 görüş bərabərliklə nəticələnib.
Komandalar ilk dəfə 1879-cu ildə üz-üzə gəlib və həmin qarşılaşmada İngiltərə 2:1 hesabı ilə qalib gəlib.