Dünya Futbolu

İngiltərə bu şərtlə DÇ-2026-ya vəsiqə qazana bilər

Bakı, 13 oktyabr, Tsport.az

İngiltərə millisi çərşənbə axşamı Latviya səfərində qalib gəldiyi təqdirdə 2026-cı il dünya çempionatına vəsiqə qazanacaq.

Tsport.az xəbər verir ki, bu, Serbiyanın Albaniyaya 0:1 hesabı ilə məğlub olmasından sonra mümkün olub.

Əgər komanda daha üç xal qazanarsa, qrup liderliyini təmin edəcək və ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala birbaşa vəsiqə əldə edəcək.