İngiltərə DÇ-2026-ya vəsiqə qazandı
Bakı, 15 oktyabr, Tsport.az
İngiltərə yığması 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.
Tsport.az xəbər verir ki, komanda Latviyanı 5:0 hesabı ilə məğlub etməklə vəsiqəni təmin edib.
Bu nəticə ilə baş məşqçi Tomas Tuxel artıq mundial üçün yekun heyət üzərində planlarını dəqiqləşdirməyə başlayacaq.
Yığmada mövqelər uğrunda mübarizə güclənəcək və bəzi futbolçular üçün heyətdə yer tapmaq çətin olacaq.