Dünya Futbolu

İngiltərə klubu böyük maliyyə zərəri ilə üzləşib

Bakı, 28 fevral, Tsport.az

İngiltərənin Liverpool (Liverpul) klubu 2023-2024 mövsümünə aid maliyyə hesabatını təqdim edib.

Tsport.az xəbər verir ki, klub ötən mövsüm 57 milyon funt sterlinq məbləğində zərərə uğrayıb.

Maliyyə itkisinə əsas səbəb kimi Liverpool (Liverpul)-un Çempionlar Liqasında iştirak etməməsi və bunun nəticəsində media gəlirlərinin 38 milyon funt azalaraq 204 milyon funt sterlinqə enməsi göstərilir.

Mersisayd təmsilçisinin gəlirlərindəki bu azalma klubun maliyyə vəziyyətinə təsir etsə də, rəhbərlik yeni mövsümdə daha güclü maliyyə strategiyaları ilə vəziyyəti sabitləşdirməyə çalışır.