İngiltərə Premyer Liqası:“Chelsea” və “Manchester United” ilə qarşılaşacaq
Bakı, 16 may, Tsport.az
Bu gün İngiltərə Premyer Liqasının 37-ci turunda “Chelsea” və “Manchester United” komandaları qarşılaşacaqlar.
Tsport.az xəbər verir ki, qarşılaşma Londonun Stamford Bric stadionunda baş tutacaq.
Hazırda “Chelsea” 63 xalla 6-cı sırada, “Manchester United” isə 39 xalla 17-ci sırada qərarlaşıb.
Qeyd edək ki, matç yerli vaxtla saat 23:15-də start götürəcək.