Dünya Futbolu

İngiltərə yığmasında dəyişiklik

Bakı, 9 oktyabr, Tsport.az

İngiltərə millisinin baş məşqçisi Thomas Tuchel cümə axşamı Uelslə yoldaşlıq görüşündə hücumçu Ollie Watkinsə start heyətində şans verməyi planlaşdırır.

Tsport.az xəbər verir ki, komandanın kapitanı Harry Kane “Bayern Munich”də oynayarkən ayağından aldığı zədəyə görə bu matçı buraxacaq. Onun gələn həftə Latviyaya qarşı keçiriləcək DÇ-2026-nın seçmə oyununa qədər sağalacağı gözlənilir.

“Aston Villa” futbolçusu Watkins sonuncu dəfə 2024-cü ilin noyabrında Yunanıstan üzərində 3:1 hesablı qələbədə start heyətində çıxış etmiş və qol vurmuşdu.

Declan Rice bu görüşdə İngiltərə yığmasına kapitanlıq edəcək.