Dünya Futbolu

İngiltərədə futbolçu ürəktutmasından vəfat edib

Bakı, 6 oktyabr, Tsport.az

İngiltərənin yarıpeşəkar “Heşteq Yunayted” klubunun futbolçusu Raman Sidhu 22 yaşında dünyasını dəyişib.

Tsport.az xəbər verir ki, klub gənc oyunçunun ürəktutmasından vəfat etdiyini açıqlayıb.

Hadisə zamanı Sidhuya iki saatdan artıq tibbi müdaxilə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Klub rəhbərliyi və komanda yoldaşları futbolçunun ailəsinə başsağlığı veriblər.