Dünya Futbolu

İngiltərənin yeddi klubu bu futbolçunu istəyir

Bakı, 29 mart, Tsport.az

İngiltərənin yeddi klubu “Lill”in hücumçusu Jonatan Devidi heyətinə qatmaq üçün mübarizəyə qoşulub.

Tsport.az xəbər verir ki, “Newcastle”, “Tottenham”, “West Ham”, “Arsenal”, “Chelsea”, “Manchester United” və “Liverpool” 25 yaşlı forvardın nümayəndələri ilə əlaqə saxlayıb. Bundan əlavə, “Barcelona”, “Atletico”, “İnter” və “Juventus” da kanadalı futbolçunu yaxından izləyir.

Qeyd edək ki, Devidin “Lill” ilə müqaviləsi bu yay başa çatır. O, cari mövsümdə bütün turnirlərdə 41 oyuna çıxaraq 23 qol vurub və 10 məhsuldar ötürmə edib.