Dünya Futbolu

İngiltərə klubu 10 oyundan sonra baş məşqçisini vəzifəsindən azad edib

Bakı, 8 oktyabr, Tsport.az

İngiltərənin “Watford” klubu baş məşqçi Paulo Pezzolanonu cəmi 10 oyundan sonra vəzifəsindən azad edib.

Tsport.az xəbər verir ki, komandanın yeni çalışdırıcısı isə keçmiş baş məşqçi Javi Gracia olub.

42 yaşlı Pezzolano may ayında Tom Cleverleynin istefasından sonra bu posta gətirilmişdi. Komanda mövsümə zəif başlasa da, son 3 oyunda 7 xal toplayaraq, o cümlədən Oxford United üzərində 2:1 hesablı qələbə qazanaraq, turnir cədvəlində 11-ci pilləyə yüksəlmişdi.

Buna baxmayaraq, Pezzolanonun dönəmi çox qısa çəkdi və o, 2022-ci ildə cəmi 11 oyundan sonra vəzifəsindən uzaqlaşdırılan və hazırda Middlesbroughnun baş məşqçisi olan Rob Edwardsdan da az müddət bu postda fəaliyyət göstərmiş oldu.