İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb
Bakı, 14 mart, Tsport.az
İngiltərə Premyer Liqasının fevral ayının ən yaxşı baş məşqçisi məlum olub.
Tsport.az xəbər verir ki, bu ada “Everton“-un baş məşqçisi David Moyes layiq görülüb.
Moyes, azarkeşlərin səsverməsi nəticəsində Oliver Glasner (“Kristal Pelas”), Angelos Postecoglou (“Tottenham”), Marco Silva (“Fulhem”) və Arne Slot (“Liverpul”) kimi məşqçiləri qabaqlayıb.
Bu, Moyes-in karyerasında 11-ci dəfə Premyer Liqasında ayın baş məşqçisi seçilməsi olub. O, bu mükafatı qazanan məşqçilər arasında Xosep Guardiola ilə eyni uğuru təkrarlayıb. Premyer Liqasında ayın baş məşqçisi mükafatını ən çox qazanan məşqçi isə Aleks Ferguson (27 dəfə) və Arsen Wenger (15 dəfə) olub.