Dünya Futbolu

İngiltərə Premyer Liqasında növbəti mövsümün topları “Puma”dan olacaq

Bakı, 3 iyun, Tsport.az

İngiltərə Premyer Liqasında yeni mövsümdə istifadə olunacaq rəsmi futbol topları təqdim edilib.

Tsport.az xəbər verir ki, topların istehsalçısı artıq “Nike” yox, Almaniyanın məşhur idman brendi “Puma”dır. Bu dəyişiklik Premyer Liqada top təchizatında böyük yenilik hesab olunur.

Yeni toplar ilk dəfə bu ilin iyun ayında Premyer Liqa komandalarının ABŞ-dakı turu zamanı sınaqdan keçiriləcək.