“İnter” altıncı transferdən imtina etdi
Bakı, 4 sentyabr, Tsport.az
İtaliya klubu Inter yay transfer pəncərəsini daha bir futbolçu almadan bağlamağa qərar verib.
Tsport.az xəbər verir ki, klub rəhbərliyi büdcədə qalan 20-25 milyon avronu hazırda xərcləmək istəmir.
Milan təmsilçisi indiyədək Manuel Akanji, Petar Sučić, Luis Enrique, Ange-Yoan Bonny və Andy Diouf kimi adları heyətinə qatıb. Rəhbərlik isə artıq qalan vəsaiti qış transfer dönəmi üçün saxlamağı planlaşdırır.
Qeyd edək ki, İnter son mövsümü A Seriyada vitse-çempion kimi başa vurub.