Dünya Futbolu

“Inter” Arnautović və Correa ilə yollarını ayırır

Bakı, 11 may, Tsport.az

İtaliyanın nəhəng klubu “Inter”, yay transfer dönəmində hücumçular Marko Arnautović və Joaquín Correa ilə vidalaşmağa hazırlaşır.

Tsport.az xəbər verir ki, bu barədə məşhur transfer insayderi Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, Milan təmsilçisi hər iki futbolçunun yayda başa çatacaq müqaviləsini uzatmağı planlaşdırmır.

Hazırda 36 yaşında olan Arnautović bu mövsüm 26 oyunda iştirak edərək 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 30 yaşlı Correa isə 19 qarşılaşmada cəmi 1 qol və 4 assist göstəricisi ilə çıxış edib.