Dünya Futbolu

“İnter” – “Barselona” matçını kim idarə edəcək?

Bakı, 4 may, Tsport.az

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Inter” – “Barcelona” qarşılaşmasının hakim heyəti açıqlanıb.

Tsport.az xəbər verir ki, mayın 6-da baş tutacaq həlledici görüşü Polşadan olan tanınmış referi Szymon Marciniak idarə edəcək. Ona yan xətt hakimləri kimi həmyerliləri Tomasz Listkiewicz və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Paweł Raczkowski yerinə yetirəcək.

VAR sistemində isə niderlandlı Dennis Higler əsas, Pol van Boekel isə AVAR hakimi kimi çalışacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq bu oyundan öncə komandalar arasında keçirilən ilk qarşılaşma 3:3 hesabı ilə başa çatmışdı.