Dünya Futbolu

“Inter” Federico Dimarco ilə müqaviləni uzadır

Bakı, 17 oktyabr, Tsport.az

İtaliyanın “Inter” klubu müdafiəçisi Federico Dimarco ilə müqaviləni uzatmaq niyyətindədir.

Tsport.az xəbər verir ki, Milan təmsilçisi 27 yaşlı futbolçunu komandada saxlamaq üçün danışıqlara başlayıb.

Dimarco ilə İngiltərə və Avropanın bir sıra klubları da maraqlanır. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Cari mövsümdə Dimarco “Inter” forması ilə 8 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.