“İnter” hücum xəttini gücləndirib
Bakı, 7 iyun , Tsport.az
“İnter“, Luis Enrikeni transfer edərək heyətini möhkəmləndirib. Klubun rəsmi açıqlamasına görə, braziliyalı vinger Fransanın “Marsel” klubundan 25 milyon avro qarşılığında transfer edilib və onunla 5 illik müqavilə imzalanıb.
Tsport.az xəbər verir ki, 23 yaşlı futbolçu, 2022-ci ilin yayından “Marsel”də çıxış edirdi. Ötən mövsüm Liqa 1-də 35 rəsmi matçda forma geyinərək 9 qol vurub və 10 məhsuldar ötürmə edib.