“İnter” Manuel Akanji üçün təklif hazırlayır
Bakı, 29 sentyabr, Tsport.az
“İnter” müdafiə xəttini gücləndirmək məqsədilə “Manchester City”nin futbolçusu Manuel Akanjini transfer etməyi planlaşdırır.
Tsport.az xəbər verir ki, A Seriyası təmsilçisi 30 yaşlı isveçrəli müdafiəçi üçün təxminən 15 milyon avro ödəməyə hazırdır.
Qeyd olunur ki, Akanjinin “Manchester City” ilə müqaviləsi 2026-cı ilin 30 iyununa qədər qüvvədədir. Hazırda o, icarə əsasında “Inter”in heyətində çıxış edir.