Dünya Futbolu

“Inter Miami”, Messinin ən yaxın dostunu da transfer etməyi qəbul etdi

Bakı, 19 iyul , Tsport.az 

Inter Miami”, “Atletico Madrid”in argentinalı yarımmüdafiəçisi Rodrigo De Paulu icarəyə götürməyə hazırlaşır.

Tsport.az xəbər verir ki ,”Inter Miami”, “Atletico Madrid”in argentinalı orta sahə oyunçusu Rodrigo De Paulu heyətinə qatmağa hazırlaşır. Klublar, satınalma opsiyası ilə icarə əsasında razılaşmada son mərhələyə gəlib. GIVEMESPORTun xəbərinə görə, “Inter Miami”və “Atletico Madrid “arasında aparılan danışıqlarda böyük ölçüdə razılıq əldə olunub.

Argentinalı ulduzun icarə transferində nəzərdə tutulan satınalma opsiyasının təxminən 15 milyon avro + bonuslar olacağı bildirilib. Transferin asanlaşdırılması üçün “Atletico Madrid”, De Paulun müqaviləsini bir il uzadaraq 2027-ci ilin yayına qədər keçərli edəcək.

De Paulun “Inter Miami”yə keçidində Lionel Messi ilə olan yaxın münasibəti böyük rol oynayır. Argentina millisindən də yaxın dost olan bu iki futbolçu 2022 Dünya Çempionatını birlikdə qazanmışdılar. MLS klubu, yaşlı ulduzları heyətinə qatdığı üçün bəzən tənqid olunsa da, De Paul ötən mövsüm Atletico Madrid forması ilə 53 oyuna çıxıb.

Bu statistika onun hələ də yüksək səviyyəli futbol oynaya bildiyini göstərir.

Klublar Dünya Çempionatından sonra Major League Soccerdə üç oyunluq qalibiyyət seriyası əldə edən “Inter Miami”, dünən “FC Cincinnati”yə 3-0 məğlub olaraq bu seriyanı sona çatdırdı. Bu məğlubiyyət Messili komandanın MLS Kubokunu qazanmaq üçün əlavə gücləndirmələrə ehtiyacı olduğunu göstərdi.

Texniki heyət, yarımmüdafiədə dinamika çatışmazlığı olduğunu bildirərək transferdə De Paul kimi təcrübəli bir oyunçunun faydalı ola biləcəyi fikrində birləşib. Transferin qısa müddət ərzində rəsmiləşəcəyi və De Paulun yay aylarında “Inter Miami”yə qoşulacağı gözlənilir. Bu inkişaf həm MLS üçün vacib bir vitrin transferi olacaq, həm də Messinin liderlik etdiyi komandaya böyük təcrübə qatacaq.

Aytac Mustafayeva