“Inter” möhtəşəm geri dönüşlə Çempionlar Liqasının finalına yüksəldi
Bakı, 6 may, Tsport.az
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində möhtəşəm oyunlardan biri baş tutub. Cavab matçında İtaliyanın “Inter” klubu doğma “Giuseppe Meazza” stadionunda İspaniya təmsilçisi “Barcelona”nı qəbul edib.
Tsport.az xəbər verir ki, ilk görüşdə olduğu kimi, bu dəfə də əsas vaxt 3:3 hesabı ilə başa çatıb. Oyunun əlavə vaxtlarında vurulan həlledici qolla “Inter” finala yüksələn tərəf olub.
Matçın qollarını Milandan Lautaro Martínez (21), Hakan Çalhanoğlu (45+1), Francesco Acerbi (90+3) və Davide Frattesi (99) vurublar. “Barcelona”dan isə Eric García (54), Dani Olmo (60) və Raphinha (87) fərqləniblər.
Görüşü polşalı baş hakim Szymon Marciniak idarə edib. VAR sisteminə isə niderlandlı Dennis Higler nəzarət edib.
İki oyunun nəticəsinə əsasən 7:6 hesabı ilə üstün olan “Inter” 2024/25 mövsümünün UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb.
Qeyd edək ki, final qarşılaşması gələn həftə keçiriləcək və “Inter”in rəqibi bu gün baş tutacaq digər yarımfinal görüşündə bəlli olacaq.