“Inter” və “Barcelona” yenidən üz-üzə gəlir
Bakı, 6 may, Tsport.az
Bu axşam futbol dünyasının diqqəti Milana yönələcək. UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində cavab oyunlarına start verilir və ilk finalçının adına aydınlıq gələcək.
Tsport.az xəbər verir ki, “Inter” doğma “San Siro” stadionunda “Barcelona”nı qəbul edəcək. İlk qarşılaşmada tərəflər 3:3 hesablı bərabərliklə ayrılmışdılar, bu isə cavab matçını daha da gərgin və həyəcanlı edir.
Görüşə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.