Dünya Futbolu

“İnter”dən yeni transfer

Bakı, 5 iyul , Tsport.az 

İtaliyanın “İnter” klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirib. Milan təmsilçisi rəsmi olaraq Anj-Yoan Bonnini “Parma”dan transfer etdiyini açıqlayıb.

Tsport.az xəbər verir ki, 21 yaşlı fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Bonni 2024/25 mövsümündə A Seriyasında 37 oyuna çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, onun İtaliya yüksək liqasındakı ilk mövsümü idi və performansı ilə diqqət çəkib.

Qeyd edək ki, Bonni “Parma” ilə ümumilikdə 117 oyunda iştirak edib, 15 qol və 12 assistlə yadda qalıb. O, həmçinin klubla birlikdə Serie B çempionluğu da yaşayıb.

Bu transferlə “İnter” baş məşqçi Kristian Kivu ilə Bonni arasında yenidən əməkdaşlıq qurmuş olur. Onlar ötən mövsüm “Parma”da birlikdə çalışıblar.