“Inter”in hücumçusu Marcus Thuram “Barcelona” ilə oyunu buraxacaq
Bakı, 27 aprel, Tsport.az
“Inter”in hücumçusu Marcus Thuram UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Barcelona” ilə keçiriləcək ilk oyunu zədə səbəbindən buraxacaq.
Tsport.az xəbər verir ki, bu barədə jurnalist Pascal Quarro sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, həkimlər fransalı futbolçunu “Barcelona” ilə ilk qarşılaşmaya yetişdirmək üçün çalışsalar da, bu, mümkün olmayıb. Hətta, Thuramın katalonlarla oyundan sonra keçiriləcək “Hellas Verona” ilə matçı da buraxmaq ehtimalı var.
Xatırladaq ki, “Barcelona” – “Inter” cütünün ilk oyunu aprelin 30-da Barselonadakı Olimpiya Stadionunda, cavab qarşılaşması isə mayın 6-da Milandakı “San Siro” stadionunda baş tutacaq.