Azərbaycan Futbolu

İntizam Komitəsi cəzaları açıqladı

Bakı, 6 iyun , Tsport.az 

Bu gün keçirilən İntizam Komitəsinin iclasında Azərbaycan Kuboku finalı, I və II Liqa pley-off oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Azərbaycan Kuboku Finalı

  • “Qarabağ” klubunun dörd futbolçusunun sarı vərəqə alması səbəbindən klub 700 manat cərimə olunub.
  • Məşqçi Müşfiq Hüseynov, hakimin qərarına etiraz edərək meydançaya daxil olduğuna görə iki oyunluq cəza alıb və klub 1500 manat cərimələnib.
  • Futbolçu Yassin Benzia, hakimi təhqir etdiyi və fiziki təzyiq göstərməyə cəhd etdiyi üçün beş oyunluq cəza alıb, klub isə 3000 manat məbləğində cərimələnib.
  • “Qarabağ” və “Sabah” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi səbəbindən hər iki klub 1500 manat cərimə edilib.
  • “Sabah” klubunun beş futbolçusunun sarı vərəqə alması səbəbindən klub 700 manat məbləğində cərimələnib.

I Liqa pley-off

  • “Hypers Guba” azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsi səbəbindən klub 150 manat cərimə olunub.

II Liqa pley-off

  • “Lerik” və “Şirvan” komandalarının dörd futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 70 manat cərimələnib.