İntizam komitəsinin qərarları
Bakı, 1 oktyabr, Tsport.az
25.09.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın Şuşa MFK – Araz Naxçıvan oyununda, Şuşa MFK komandasının oyunçusu Adil İsmayılov oyunun 4-cü dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.
25.09.2025-ci il tarixində keçirilən futzal üzrə Yüksək Liqanın U-19 – Neftçi İK İB oyununda, U-19 komandasının oyunçusu İsmayıl Əhmədov oyunun 29-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə (ətraflı səbəb: düşüncəsiz şəkildə cərimə zərbəsi ilə nəticələnən qayda pozuntusu edir) bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb.