Azərbaycan Futbolu

İqor Ribeyro “Neftçi”də

Bakı, 2 iyul , Tsport.az 

Azərbaycan Premyer Liqasının nəhənglərindən olan “Neftçi”, heyətini yeni müdafiəçi ilə gücləndirib. Klub “Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro ilə 2 illik müqavilə bağlayıb.

Tsport.az xəbər verir ki, müqavilə 1 avqust 2025-ci ildən qüvvəyə minəcək. Razılaşmaya əsasən, Ribeyro əvvəlcə “Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarında iştirak edəcək, daha sonra “Neftçi”yə qoşulacaq.

Bu transferlə yanaşı, “Neftçi” yay transfer pəncərəsində artıq aşağıdakı oyunçuları da heyətinə qatıb:

  • Sessi D’Almeyda (“Apollon Limassol”)
  • Luis Ortis (“Sportivo Ameliano” – icarə)
  • Elvin Bədəlov (“Sumqayıt”)
  • Murad Xaçayev (“Sumqayıt”)