İqor Ribeyro “Neftçi”də
Bakı, 2 iyul , Tsport.az
Azərbaycan Premyer Liqasının nəhənglərindən olan “Neftçi”, heyətini yeni müdafiəçi ilə gücləndirib. Klub “Araz-Naxçıvan”ın braziliyalı futbolçusu İqor Ribeyro ilə 2 illik müqavilə bağlayıb.
Tsport.az xəbər verir ki, müqavilə 1 avqust 2025-ci ildən qüvvəyə minəcək. Razılaşmaya əsasən, Ribeyro əvvəlcə “Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarında iştirak edəcək, daha sonra “Neftçi”yə qoşulacaq.
Bu transferlə yanaşı, “Neftçi” yay transfer pəncərəsində artıq aşağıdakı oyunçuları da heyətinə qatıb:
- Sessi D’Almeyda (“Apollon Limassol”)
- Luis Ortis (“Sportivo Ameliano” – icarə)
- Elvin Bədəlov (“Sumqayıt”)
- Murad Xaçayev (“Sumqayıt”)