Dünya Futbolu

İrfan Can Eğribayat niyə Türkiyə millisinə dəvət olunmadı?

Bakı, 19 mart, Tsport.az

Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vincenzo Montella milli komandaya dəvət edilməyən İrfan Can Eğribayatla bağlı açıqlama verib. Montella İrfan Can Eğribayat haqqında “Hər ölkədə qapıçılar üçün bir iyerarxiya var. O, gələcəkdə milli komandada da olacaq” dedi.

Tsport.az xəbər verir ki, Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vincenzo Montella Macarıstan matçı öncəsi keçirdiyi mətbuat konfransında İrfan Can Eğribayatın sualını cavablandırıb.

İrfan Can Eğribayatın niyə milli komandaya dəvət edilməməsi ilə bağlı sualı cavablandıran Montella bu sözləri deyib:

“Adətən indiki oyunçularımızdan danışmaq istəyirəm. Hazır olmayan oyunçulardan danışsaq, olanlara hörmətsizlik etmiş olarıq. İrfan Can son vaxtlar çox yaxşı çıxışlar nümayiş etdirir.

Qapıçı məsələsini düşünəndə hər ölkədə bir iyerarxiya var. Onun burada gələcəyi mütləq olacaq. Bu dəfə belə bir qərar verdik”.