Dünya Futbolu

İrfan Can Kahveci “Trabzonspor”un maraq dairəsində

Bakı, 16 oktyabr, Tsport.az

“Fenerbahçe” klubunda heyətdən kənarlaşdırılan İrfan Can Kahveci üçün yeni variant ortaya çıxıb.

Tsport.az xəbər verir ki, “Trabzonspor” 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Əvvəllər onun qış transfer pəncərəsində “Beşiktaş”a keçəcəyi iddia olunsa da, indi Fatih Tekkenin komandası transfer üçün hərəkətə keçib.

“Bordo-mavililər” illik 3 milyon avro qazanan futbolçunun maliyyə şərtlərini qarşılayacaqlarını oyunçunun menecerinə çatdırıblar.