İrina Zaretska III MDB Oyunlarındakı qələbəsi barədə:“Çempionları qələbə dayandırmır”
Bakı, 5 oktyabr, Tsport.az
Olimpiya mükafatçısı və dəfələrlə dünya və Avropa çempionuolmuş İrina Zaretska III MDB Oyunlarında keçirilən karate yarışlarında qızıl medal qazanıb.
Tsport.az xəbər verir ki,“Burada həmişə böyük dəstəy hiss edirəm. Gəlib bizidəstəkləyən hər kəsə sonsuz təşəkkürümü bildirirəm — karateçilərimiz çox yaxşı nəticə göstərdilər. Hamını təbrikedirəm”, — deyə Zaretska yarışdan sonra bildirib.
İrina üçün bu, analıq məzuniyyətindən sonra ikinci böyük yarışidi — və dərhal qızıl medal. O bildirib ki, yenidən zirvəyəqayıtmaq üçün çox ciddi şəkildə çalışıb.
Mübarizənin çətinliyi ilə bağlı suala cavabında İrina deyib:
“Döyüşlərim 8:0, 8:1 və 4:2 hesabı ilə başa çatdı — yəni hərşeyi tatamidə göstərdim”.
Motivasiya ilə bağlı suala cavab verərkən isə vurğulayıb:
“Çempionlar — bir dəfə qalib gələnlər deyil, çempionlar — qələbə ilə kifayətlənməyənlərdir.
Mən məhz belə insanlardanam. Hər bir qələbə mənim üçün dahabir pillədir. Adımın tarixdə unudulmaz və dərin iz buraxmasınıistəyirəm.Çoxlu qələbələr, çoxlu rəqəmlər — məni irəli aparanəsas motivasiyam budur”.