Dünya Futbolu

“Newcastle” “Celtic” ilə yoldaşlıq oyununda ağır məğlub oldu

Bakı, 19 iyul , Tsport.az 

Newcastle” yay hazırlıq oyunlarının ilkində “Celtic“ə 4:0 hesabı ilə uduzdu. Komandanın əsas hücumçularından biri olan Alexander Isak bu görüşdə iştirak etmədi.

Tsport.az xəbər verir ki,25 yaşlı isveçli forvardın gələcəyi hələ də qeyri-müəyyəndir, çünki bu yay onun ətrafında transfer söz-söhbətləri dolaşır. Isak və Joelintonun yoxluğu, Eddie Howeun komandasının Şotlandiya çempionu qarşısında zəif çıxış etməsinə səbəb oldu.

Celtic ilk qolu 28-ci dəqiqədə qazandı. Joe Willockun cərimə meydançasında rəqibini yıxmasından sonra Arne Engels penaltini qola çevirdi və qapıçı Nick Popeu tərs ayaqda qoydu.

Birinci hissənin sonlarına yaxın Nick Popeun kobud səhvi ikinci qolun səbəbi oldu. O, uzun ötürməni kənarlaşdırmaq üçün qapıdan çıxdı, amma başla topa toxuna bilmədi və Johnny Kenny boş qapıya topu asanlıqla göndərdi.

Newcastle fasilədən sonra Nottingham Forestdən 55 milyon funt-sterlinə transfer olunan və bu oyunda debüt edən Anthony Elanganı meydana buraxsa da, gənc cinah oyunçusu Celtic Parkda təsir göstərə bilmədi.

Celtic üçüncü qolu oyunun 52-ci dəqiqəsində vurdu – Cənubi koreyalı Yang Hyun-Jun, əvəzləyici qapıçı Martin Dubravkanı yaxın məsafədən məğlub etdi.

Newcastle ikinci hissədə daha çox topa sahib olsa da, 75-ci dəqiqədə dördüncü qolu buraxdı – Liam Scales cərimə zərbəsindən sonra topu başla qapının yuxarı küncünə yönəldərək hesabı tamamladı.