İsco “Real” azarkeşlərindən üzr istədi
Bakı, 2 mart, Tsport.az
İspaniya La Liqasının XXVI turunda sabiq klubu “Real Madrid”-ə qol vurduqdan sonra emosional sevinci ilə diqqət çəkən İsco azarkeşlərdən üzr istəyib.
Tsport.az xəbər verir ki, “Betis”-in 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra 32 yaşlı vinger “Kral klubu”-nun azarkeşlərinə müraciət edib:
“Qol sevincimi hədsiz ifadə etdiyim üçün bütün ‘Real’ azarkeşlərindən üzr istəyirəm. Bu klub və onun azarkeşləri həmişə ürəyimdə olacaq.”
Qeyd edək ki, İsco 2013-2022-ci illərdə “Real Madrid”-in formasını geyinib.