İspaniya klubu baş məşqçisi ilə yollarını ayırdı
Bakı, 9 oktyabr, Tsport.az
İspaniyanın “Oviedo” klubu baş məşqçisi Velko Paunovićlə əməkdaşlığı dayandırıb.
Tsport.az xəbər verir ki, Serbiyalı mütəxəssis 2025-ci ilin martında komandaya rəhbərlik etməyə başlamış və Segundadan La Ligaya vəsiqə qazanıb.
Hazırda “Oviedo” 8 turdan sonra 6 xalla 17-ci pillədə qərarlaşıb.