Dünya Futbolu

İspaniya millisi heyətdə dəyişiklik edib: Gavi zədələnib

Bakı, 30 avqust  , Tsport.az

İspaniya millisinin futbolçusu Gavi, zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstan və Türkiyə ilə keçiriləcək oyunların heyətindən çıxarılıb.

Tsport.az xəbər verir ki, 21 yaşlı futbolçu sağ dizindəki zədəyə görə heyətdən çıxarılıb.

Barcelona” klubu da Gavinin sabah “Rayo Vallecano” ilə keçiriləcək liqa matçında oynamayacağını açıqlayıb. Xatırladaq ki, Gavi 2023-cü ilin noyabrında sağ dizinin ön çarpaz bağlarından ciddi zədə almış və 11 ay yaşıl meydanlardan uzaq qalmışdı.

İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bolqarıstan, sentyabrın 7-də isə Türkiyə ilə qarşılaşacaq. Hər iki matç səfərdə baş tutacaq.