-->
Dünya Futbolu

İspaniya millisi tarixində oruc tutan ilk futbolçu oldu

Bakı, 18 mart, Tsport.az

İspaniya yığmasının və “Barcelona“nın gənc futbolçusu Lamine Yamal tarix yazıb.

Tsport.az xəbər verir ki, 17 yaşlı futbolçu, İspaniya millisi tarixində Ramazan ayında oruc tutan ilk futbolçu olub.”Barcelona” əyalətində anadan olan Yamalın atası Mərakeşdən, anası isə Ekvoterial Qvineyadandır. Bu müxtəlif mədəniyyətlər onun həyatında əhəmiyyətli rol oynayır.

Bu mövsüm “Barcelona” ilə 38 oyuna çıxaraq 13 qol vurub və 17 qol ötürməsi edib.